Bunlar həll olan kimi Gürcüstana namizəd statusu veriləcək

6 İyul 2022 23:14

Komissiyanın hesabatında təqdim olunan prioritetlər həll olunan kimi biz Gürcüstana namizəd statusu verməyə hazırıq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel bildirib.

Onun sözlərinə görə, Ukrayna, Moldova və Gürcüstan xalqlarının gələcəyi Avropa Birliyindədir:

"Keçən həftə biz Avropa Birliyinin 27 lideri ilə birlikdə bir sıra mühüm geosiyasi qərarlar qəbul etdik. İlk növbədə, biz Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəldik. Bu ölkələrin və onların xalqının gələcəyi Avropa Birliyindədir".

Milli.Az