Yanukoviç ukraynalılara müraciət etdi: "Ya sona qədər döyüşməli, ya da..."

6 İyul 2022 22:58

Ukraynanın eks-prezidenti Viktor Yanukoviç Ukrayna vətəndaşlarını hazırkı çətin vəziyyətdə öz seçimlərini etməyə çağırıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Yanukoviçə görə, Ukraynadakı vəziyyət adekvat qiymətləndirilməli və vətəndaşların ən müxtəlif fikirlərinə hörmət edilməlidir.

"Vətəndaşlar özləri seçim etməlidirlər. Ya sonuncu ukraynalıya qədər mübarizə aparmalı, ya da orada qalanlar xilas olmalıdırlar. Vətəndaşlara öz sözünü deməyə imkan vermək vacibdir. Kiyev ukraynalıları doğru və yanlışa bölməyi dayandırmalı, vəziyyəti fərqli qiymətləndirənlərlə əlaqə saxlamaq üçün güc tapmalıdır".

Yanukoviç hazırkı hakimiyyəti öz "qələbələri" barədə yalan danışmağı dayandırmağa çağırıb.

Milli.Az