ABŞ və müttəfiqləri Rusiya nefti üçün limit tətbiq etmək istəyir

6 İyul 2022 22:43

ABŞ və müttəfiqləri Rusiya neftinin maksimum qiymətinin 40-60 dollar/barel diapazonunda müəyyənləşdirilməsini müzakirə edirlər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Belə ki, iyunun 26-28-də Almaniyada keçiriləcək Yeddilik Qrupu (G7) sammiti öncəsi başlayan müzakirələrdə müttəfiqlər Rusiyanın neft gəlirlərini məhdudlaşdırmağın bir neçə yolunu araşdırırlar.

Agentlik yazır ki, eyni zamanda, onlar bu cür tədbirlərin öz iqtisadiyyatlarına təsirini minimuma endirməyə çalışırlar.

Mənbələr bildiriblər ki, müzakirə olunan qiymət hədlərinin diapazonu Rusiyada hasilatın marjinal dəyəri hesab ediləndən tutmuş, Ukraynada hərbi əməliyyat başlamazdan əvvəl Rusiya neftinin qiymətinə qədər dəyişir.

Milli.Az