Ukrayna Silahlı Qüvvələri Xarkov və Slavyansk istiqamətində düşmənin hücumlarını dəf edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
"Ruslar iki əməliyyat bölgəsində hücum etməyə cəhd etdilər: Kazaçya Lopan - Sosnovka və Dolqenkoye - Mazanovka. Hücumlar uğursuz başa çatdı: düşmən itki verdi və geri çəkildi", - məlumatda qeyd olunub.
Milli.Az