Keçmiş polis Şəhidlər xiyabanında özünü asdı

6 İyul 2022 20:12

Sumqayıt şəhərində sabiq polis əməkdaşı intihar edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin sabiq 2-ci polis bölməsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildiriblər ki, intihar edən şəxs hazırda polis əməkdaşı deyil.

Həmin şəxs bir müddət əvvəl səhhətində yaranmış problemlə əlaqədar öz xahişi ilə polis orqanlarından xaric edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az