Məşhur milyarder indi də boşanmaq istəmir

6 İyul 2022 19:00

Özbək əsilli 68 yaşlı rusiyalı milyarder Əlişir Usmanov Rusiyanın bədii gimnastika üzrə milli komandasının 73 yaşlı baş məşqçisi İrina Viner-Usmanovayla bağlı məhkəmədə qaldırdığı boşanma iddiasını geri götürüb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, məhkəmə "iddiaçının iddiadan imtina etməsi səbəbindən" icraatı dayandırıb. Milyarderin hansı səbəbdən ərizəni geri götürməsi məlum deyil.

Qeyd edək ki, Əlişir ilə İrina 1992-ci ildən evlidirlər. Milyarderin sərvəti hazırda 15,4 milyard dollardır.

Milli.Az