Wikipedia-da Naxçıvanın tarixi erməniləşdirilir

30 Mart 2012 11:15
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, Naxçıvanla bağlı səhifənin müəllifləri oradakı məlumatları erməniləşdirir və bunu o həddə edirlər ki, artıq həmin məulmatların texniki düzəlişə deyil, tamamilə yenilənməsinə ehtiyac yaranıb. Səhifədə son dəyişikliklər bu il martın 25-də edilib.

Oxucularımızı vətəndaş mövqeyi nümayiş etdirməyə, Wikipedia-dakı bu səhifəyə girərək oradakı yanlışlıqları düzəltməyə çağırırıq. Bu saytda materiallara düzəlişlər etmək texniki baxımdan mümkündür. Sadəcə bunun üçün müəyyən təcrübə tələb olunur. Odur ki, bu işi artıq Wikipedia-da bir neçə dəfə material yerləşdirmiş şəxslər daha asanlıqla görə bilərlər.

Milli.Az