Röya qardaşının toyuna bu məşhurları ÇAĞIRMADI - FOTO

6 İyul 2022 12:22

Xəbər verdiyimiz kimi, iyulun 5-də Xalq Artisti Röya Ayxanın qardaşının toy mərasimi keçiriləcək. Bəs görəsən, toya kimlər dəvət alıb?

Milli.Az big.az-a istinadən bununla bağlı məşhurlar arasında sorgu keçirib və onlara "Siz bu toya dəvətlisinizmi?" sualını verib.

Onların cavabını təqdim edirik:

Kənan MM: "Yox. Yəqin ki, mən o qədər də məhşur deyiləm".

Nadir Qafarzadə: "Heç nədən xəbərim yoxdur. Allah xoşbəxt eləsin".

Elza Seyidcahan: "Xeyr, məni dəvət etməyib".

Emil Bədəlov: "Allah mübarək etsin. Xoşbəxt olsunlar. Xeyr, məni dəvət etməyib".

Oksana Rəsulova: Dəvət edib amma, getməyəcəm çünki saglamligimda problemlər var Əvəzimə Şəhriyyar gedəcək

Roza Zərgərli: "Dəvət edib, amma Bakıda olmadığım üçün bu toyda iştrak edə bilməyəcəyəm".

Elnarə Xəlilova isə bu sualımızı cavablandırmaq istəmədi.

Milli.Az