Şakira qəyyumluğu tam almaq istəyir

6 İyul 2022 18:30

Dünyaca məşhur kolumbiyalı müğənni Şakira həyat yoldaşı Cerard Pikedən ayrıldıqdan sonra iki oğlunun tam qəyyumluğunu istəyir.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Barselona"nın futbolçusu da öz növbəsində sənətçinin valideynlik hüququndan məhrum etmək niyyətindədir.

Bu barədə "Informalia" nəşri məlumat yayıb.

Milli.Az