Bakıda evdən çürümüş meyit tapıldı

6 İyul 2022 10:37

Bakıda evdən meyit tapılıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Burada yaşayan 49 yaşlı Babayev Vüqar Racəddin oğlu evdə müəmmalı şəkildə dünyasını dəyişib.

Onun çürümüş meyitini qonşuları aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az