Bu halda ilin sonuna kimi Ukrayna qalib gələcək

6 İyul 2022 17:30

Bunun (Rusiya ordusuna qarşı müharibədə qələbə - red.) baş verməsini çox istərdik, lakin bunun üçün müəyyən amillər olmalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Əgər tərəfdaşlarımızın bizə verdiyi silahların miqdarı və keyfiyyəti, ölkəmizi dəstəkləmək üçün lizinq və digər imkanlar açılsa, bu vəzifəni ilin sonuna kimi yerinə yetirmək olar. Bu baş verməsə, çox çətin olacaq, amma müstəqillik uğrunda mübarizəmizi davam etdirəcəyik", - Danilov vurğulayıb.

Danilov onu da bildirib ki, müharibədə qələbə 2013-cü ildəki Ukraynanın dövlət sərhədlərinə çıxışı olacaq.

Milli.Az