Türkiyənin məşhur simaları aktrisalar Gökçe Bahadır, Asude Kalebek, aktyorlar Barış Arduç, Metin Akdülgər, Fırat Tanış və Salih Bademcinin rol aldığı "Kulüp" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, ekran işinin yeni bölümləri tezliklə "Netflix" platformasında izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, yeni mövsümdə Halil Babür də rol alacaq. Serial 1950-ci illərdə cərəyan edən hadisələri əks etdirir.
Milli.Az