Məhkəmədən Burakla bağlı qərar

6 İyul 2022 09:30

Bir müddət əvvəl məhkəməlik olan Burak Özçivitlə bağlı qərar verilib.

Milli.Az olay-a istinadən xəbər verir ki, çəkiliş meydançasında işçiləri söyməkdə ittiham olunan aktyor 3 min türk lirəsi məbləğində cərimə olunub.

Hakim 4 il 1 ay həbsin əvəzinə pul cəzası kəsib.

Qeyd edək ki, hadisə "Kuruluş Osman" serialının çəkilişi zamanı baş verib. Burak kamera asistentini və görüntü rejissorunu təhqir etməkdə günahlandırılır.

Milli.Az