Bakıda 72 yaşlı qocanı avtomobil vurub

6 İyul 2022 08:27

Bakıda qoca kişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1950-ci il Şıxaliyev Vaqif Rəşid oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az