Bakıda 2 nəfəri avtomobil vurub

6 İyul 2022 07:52

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Abbasov Malik Əhməd oğlunu və onun həmyaşıdı - İbrahimov Qardaşxan Dəmir oğlunu vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az