ABŞ-da paradda atışma nəticəsində ölənlərin sayı çoxalıb

6 İyul 2022 07:46

ABŞ-ın Haylend-Park şəhərində (İllinoys ştatı) Müstəqillik Günü münasibətilə keçirilən paradda atışma nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı bildirib.

Qeyd edək ki, bazar ertəsi səhər ABŞ-ın Müstəqillik Günü paradı zamanı Haylend Parkda atışma olub. İlkin məlumata əsasən, altı nəfərin öldüyü bildirilib. 26 nəfər xəstəxanaya yerləşdirilib

Milli.Az