Bakıda sevgilisi tərəfindən bıçaqlanan qadın ölüb

6 İyul 2022 07:31

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Xəbər verdiyimiz kimi, iyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.

1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğunda araşdırılır.

Milli.Az