Bakıda 3 yaşlı uşaq 2-ci mərtəbədən yıxıldı

6 İyul 2022 07:05

Bakıda 3 yaşlı uşaq ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

2019-cu il təvəllüdlü Namazlı Mələk Allahverdi qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az