Britaniyada uşaqlara ən çox qoyulan ad - Məhəmməd

5 İyul 2022 22:43

Britaniyada 2022-ci ildə körpələrə ən çox qoyulan adlar məlum olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, "BabyCentre" bu il İngiltərədə yeni doğulmuş uşaqlara ən çox qoyulan 100 adın siyahısını dərc edib.

7 ildən sonra qızlara qoyulan "Olivia" adı öz mövqeyini itirib. 2022-ci ildə qızlara daha çox "Lily" adı qoyulub.

Oğlanlara gəlincə, "Məhəmməd" adı yenə birinci yerdə qaldı.

Növbəti yerləri "Conni" və "Emberin" adları bölüşüblər. .

Milli.Az