"Qarabağ" "Lex"ə uduzdu - YENİLƏNİB - VİDEO

5 İyul 2022 23:59

23:59

Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" bu gün qitənin ən nüfuzlu klub turnirində mübarizəyə qoşulub.

Ağdam təmsilçisi ilk oyununu səfərdə keçirib. Qurban Qurbanovun yetirmələri Poznanda Polşa çempionu "Lex"in qonağı olub. "Qarabağ" matçı rəqibindən üstün keçirməsinə baxmayaraq, səfərdən məğlubiyyətlə dönür.

Kapitan Mikael İshakın 41-ci dəqiqədə vurduğu yeganə qol polşalılara 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
5 iyul
22:00. "Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 1:0
Qol: 
Mikael İshak, 41
Baş hakim: Xose Luis Munuera (İspaniya)
"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 37. Lyubomir Şatka, 16. Antonio Miliç, 5. Pedro Reboko, 23. Kristoffer Velde, 22. Radoslav Muravski, 6. Yesper Karlström, 21. Mixal Srokaş, 24. Joao Amaral, 9. Mikael İshak (k)
Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Daniel Ramires, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinyo, 30. Nika Kvekveskiri, 44. Alan Çervinski, 50. Adriel Ba Lua, 90. Artur Sobieç
Baş məşqçi: Con van den Brom
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 2. Qara Qarayev, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 22. Musa Qurbanlı, 77. Ramil Şeydayev,
Baş məşqçi: Qurban Qurbanov
Poznan, "Poznan" stadionu

23:23

5 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

22:00."Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 1:0 (İkinci hissə)

Qol: İsak, 41

Baş hakim: Xose Luis Munuera

Poznan

22:29

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start veriləcək.

Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası səfərdə Polşa çempionu "Lex"lə qarşılaşır. "Poznan" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb.

Komandalar arasında cavab matçı isə iyulun 12-də Bakıda olacaq.

5 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

22:00."Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 0:0 (Birinci hissə)

Baş hakim: Xose Luis Munuera

Poznan

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Dani Ramires, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 50. Adriel Ba Lua, 90. Artur Sobeh

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Milli.Az