16 yaşlı yeniyetmə Kürdə batdı

5 İyul 2022 21:11

Qazaxda 16 yaşlı yeniyetmə Kür çayında batıb.

2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlu Kürün Qazax rayonu Yuxarı Salahlı kəndindən keçən hissəsində boğulub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib, yeniyetmənin cəsədinin axtarışları aparılır.

Milli.Az