"Milan" Belçika millisinin hücumçusunu transfer edib

5 İyul 2022 18:52

İtaliya "Milan"ı heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az "Report"a istinadən klubun rəsmi saytına istinadən xəbər verir ki, "rossonerilər" Belçika millisinin hücumçusu Divok Origini heyətinə qatıb.

27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Divok Originin son klubu İngiltərə "Liverpul"u olub. O, "Milan"a azad agent kimi keçib.

Milli.Az