Prezident Qazaxda yol tikintisinə 6,9 milyon manat ayırıb

5 İyul 2022 14:42

Prezident İlham Əliyev Qazax rayonunun Qarapapaq-Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qarapapaq-Çaylı avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 6,9 milyon (altı milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Milli.Az