Batumidə Azərbaycan vətəndaşı 4 il müddətinə azadlıqdan məhrum edilib

5 İyul 2022 12:32

Gürcüstanın Batumi şəhərində ötən ilin oktyabrında bina uçqunu ilə bağlı həbs olunan Azərbaycan vətəndaşı Zaur Budaqov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə qərarı şəhər məhkəməsi qəbul edib.

İş üzrə itiham olunan digər iki şəxs - ata-oğul Hüseyn və Giorgi Surmanidze isə hər biri 3 il müddətinə həbs edilib.

Milli.Az