İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı protokol imzalayıb

5 İyul 2022 12:27

İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə protokollar imzalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənədləri NATO-nun Brüsseldəki mənzil-qərargahında Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, İsveçin xarici işlər naziri Ann Linde və alyansın 30 üzv ölkəsinin səfirləri imzalayıb.

Qeyd olunur ki, NATO-nun bütün üzv dövlətləri həmin sənədləri ratifikasiya edəndən sonra hər iki ölkə alyansa üzv ola biləcək.

Xatırladaq ki, hər iki ölkə ötən həftə NATO sammitində rəsmi şəkildə alyansa dəvət olunub. Türkiyə uzun müddət bu addıma qarşı çıxsa da, müəyyən şərtlər qarşılığında İsveç və Finlandiyanın üzvlüyünə razılıq verib.

Milli.Az