Rusiyalı turistlər Antalyada qəzaya düşdü - 9 YARALI - VİDEO

5 İyul 2022 12:56

Türkiyənin Antalya şəhərində turistləri daşıyan avtobusla minik avtomobili toqquşub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qəza nəticəsində 9 nəfər yaralanıb.

Onlardan üçünün Rusiya vətəndaşı olduğu bildirilir. 

Yaralılara hadisə yerində ilkin yardım göstərildikdən sonra xəstəxanalara göndəriliblər.

Milli.Az