Kiyevdə neçə nəfər mülki vətəndaşlar həlak olub?

5 İyul 2022 16:30

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində Kiyev vilayətində ölənlərin sayı açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba "RBK - Ukraina"ya müsahibəsində deyib.

"Rusiyanın təcavüzü nəticəsində rəsmi olaraq bu gün ölmüş hesab etdiyimiz mülki şəxslərin sayı 1339 nəfərdir. 700-ə yaxın insanın silahla öldürüldüyü, yəni güllə yaralarının olduğu sənədləşdirilib. Amma bu rəqəm, təəssüf ki, hər həftə artır, çünki yeni hallar aşkarlanır", o deyib.

Kiyev vilayətinin hərbi administrasiyasının məlumatına görə, vilayətdə 26 minə yaxın obyekt zədələnib və ya dağıdılıb ki, onlardan 5 minə yaxını fərdi ev və təxminən 170-i hündürmərtəbəli bina olub. Həmçinin 4 məktəb, 6 uşaq bağçası və iki xəstəxana tamamilə dağıdılıb.

Milli.Az