Sərnişin təyyarəsi gövdəsində dəliklə 14 saat uçuş edib

5 İyul 2022 12:07

"Emirates" aviaşirkətinə məxsus təyyarə gövdəsində dəlik olmasına baxmayaraq 14 saatlıq uğurlu uçuş həyata keçirib.

Milli.Az bildirir ki, bu barədə The Independent xəbər verir.

Hadisənin Dubaydan Avstraliyanın Brisben şəhərinə gedən laynerdə baş verdiyi bildirilir. Sərnişinlərin dediyinə görə, havaya qalxdıqdan az sonra yüksək səs eşidiblər. Daha sonra stüardessalar təyyarədə xidməti müvəqqəti dayandırıblar, ekipaj üzvləri isə qanadların və mühərriklərin işini yoxlayıblar. Bundan sonra təyyarə normal uçuşunu davam etdirib.

Aviaşirkət təyyarənin uğurla eniş etdiyini və göyərtəsində olanların xəsarət almadığını bildirib. Eyni zamanda, bir neçə sərnişin artıq layneri tərk edərkən gövdədə dəliyin olduğunu görüblər. Hadisəni "Emirates" nümayəndələri şərh ediblər.

İrfan Vəliyev
Milli.Az