İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq

5 İyul 2022 23:05

İsti havalarda insanların çox içdiyi bəzi populyar sərinləşdirici içkilər əksinə orqanizmə ciddi zərər vura bilər.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, dietoloq qara siyahını təqdim edib.

- Soyuq buzlu su - kəskin temperatur fərqi immunitetin işinə mane olur, soyuqdəymə və boğaz ağrısı ola bilir

- Qəhvə, qara çay - bu içkilərdə olan kofein sidikqovucu və damar genişləndiricidir. İsti havada damarlara daha pis təsir edir

- Meyvə şirələri, qazlı içkilər - təzyiqi qəfil qaldıra bilər, mədəaltı vəzə zərbədir, diabet və onkoloji xəstəliklərə yol açır

- Alkoqollu içki - isti havada spirtli içki infarkta səbəb olur

Milli.Az