Xırdalanda usta eyvandan yıxılaraq ölüb

5 İyul 2022 11:07

Abşeronda usta faciəvi şəkildə ölüb.

Milli.Az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən binaların birində qeydə alınıb.

Zaqatala rayon sakini, 1964-cü il təvəllüdlü İbrahim Həsənov ehtiyatsızlıqdan blokun eyvanında tikinti materialları daşıyarkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az