Tanınmış meyxanaçı üzünə botoks etdirdi - VİDEO

5 İyul 2022 13:52

Meyxanaçı Aqşın Fateh xarici görkəminə əl gəzdirib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, söz ustadı "Maqazin plyus" verilişində üzünə botoks etdirdiyini etiraf edib.

A.Fateh bu addımı üzündəki saysız-hesabsız çapıqların olması ilə əlaqləndirib:

"Səhnə insanın baxımlı olmasını tələb edir. Üzümdə bəzi çapıqları olduğu üçün müalicəvi iynələr vurulub". 

Qeyd edək ki, Aqşın Fateh illər əvvəl burnunda "rinopkastika" əməliyyatı keçirib.

Milli.Az