Avropada qazın qiyməti rekord həddə çatdı

5 İyul 2022 08:59

Avropada qazın qiyməti martın 9-dan bəri ilk dəfə olaraq min kubmetr üçün 1800 dolları keçib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Londonun ICE birjası məlumat yayıb.

Məlumata görə, bu, gün ərzində qazın 13% bahalaşması deməkdir.

Bildirilib ki, avqust fyuçersləri min kubmetr üçün 1804,3 dollara qalxıb.

Milli.Az