"Qarabağ" bizə hörmət etməlidir" - "Lex"in baş məşqçisi

5 İyul 2022 08:39

"Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq".

Bu sözləri Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Niderlandlı mütəxəssis Ağdam klubu ilə oyunun asan olmayacağını bildirib: "Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında nələr etdiklərini görmüşük. Amma rəqib də bizə hörmət etməlidir. Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəyik. Asan olmayacaq".

Qeyd edək ki, Pozdnanda keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az