Türkiyə Superliqasında yeni mövsümün püşkü atıldı

5 İyul 2022 08:29

Türkiyə Superliqasında yeni mövsümün təqvimi müəyyənləşib.

19 klubun iştirak etdiyi çempionat 5,6, 7 və 8 avqust tarixlərində keçiriləcək matçlarla başlayacaq. Mövsümə gələn il mayın 28-i yekun vurulacaq.

İlk turda aşağıda adları qeyd olunan komandalar üz-üzə gələcək:

"Antalyaspor" - "Qalatasaray"

"Karagümrük" - "Alanyaspor"

"Beşiktaş" - "Kayserispor"

"Sivasspor"- "Gaziantep"

"Ankaragücü" - "Konyaspor"

"Başakşehir" - "Kasımpaşa"

"İstanbulspor" - "Trabzonspor"

"Fənərbaxça"- "Ümraniyespor"

"Giresunspor" - "Adana Demirspor"

Qeyd edək ki, ilk turda "Hatayspor" oynamayacaq.

Milli.Az