Abşeronda yol qəzası baş verib, ölən var

5 İyul 2022 08:10

Bakının Novxanı qəsəbəsində iki avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Novxanı-Goradil şossesində qeydə alınan qəzada bir nəfər ölüb.

Belə ki, şossedə "QAZ 3110" markalı avtomobili idarə edən sürücü Ağahüseyn Məmmədov hərəkətdə olan zaman əks yola çıxan A.Məmmədovun idarə etdiyi "Lada Priora" markalı avtomobilə çırpılıb.

Toqquşma nəticəsində "Lada Priora" markalı nəqliyyat vasitəsində hələlik ad soyadı məlum olmayan sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az