Bakıda naməlum kişini avtomobil vuraraq öldürüb

5 İyul 2022 08:32

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı maşın yolu keçən təqribən 55-60 yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az