ATƏT PA-da ermənilərin 3 cəhdi iflasa uğrayıb

5 İyul 2022 08:34

Azərbaycanın nümayəndə heyəti ATƏT PA-nın Böyük Britaniyanın Birminqem şəhərində keçirilən illik sessiyanda iştirak edib.

Bu barədə Azərbaycan nümyəndə heyətinin rəhbəri Azay Quliyev "Twitter" səhifəsində məlumat paylaşıb.

"Erməni nümayəndə heyətinin ATƏT PA-nın Birminqemdə keçirilən illik sessiyasının Qətnamə layihələrinə "Dağlıq Qarabağ münaqişəsi", "ATƏT-in Minsk Qrupu" və "saxlanılan şəxslərlə" bağlı mahiyyətini itirmiş istinadları daxil etmək cəhdi iflasa uğradı",- deyə paylaşımda qeyd olunub.

Milli.Az