Bakının Nərimanov rayonu ərazisində yol qəzası qeydə alınıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Nəriman Nərimanov rayonu Ağa Nemətulla küçəsindəki hadisə ölümlə nəticələnib.
1991-ci il təvəllüdlü Əlihəsənov Ramiz Ramil oğlunu 77-BZ-419 dövlət nişanlı "Toyota Prius" markalı avtomobil vurub.
Piyada hadisə yerində ölüb.
Milli.Az