Meksikada yeddi nəfərlik ailə qətlə yetirildi

5 İyul 2022 08:02

Meksikanın Boka-del-Rio şəhərində üçü qadın və biri uşaq olmaqla 7 nəfər həlak olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat yayıb.

"Bir azyaşlı olmaqla üçü qadın və dörd kişinin ölümü ilə bağlı cinayət işi açılıb", - nazirliyin açıqlamasında bildirilir.

Yerli mətbuatın məlumatına görə, öldürülənlərin hamısı ət mağazaları şəbəkəsinə sahib olan eyni ailənin üzvləridir.

Milli.Az