Fransada 40 miqrant saxlanılıb

5 İyul 2022 08:23

Fransa polisi Böyük Britaniyaya qayıqla keçməyi planlaşdıran 40-a yaxın miqrantı La-Manş boğazı sahillərində saxlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, miqrantlar iyulun 3-dən 4-nə keçən gecə Sen-Kenten-an-Turmon kommunası (Somma departamenti) yaxınlığında saxlanılıblar. Patrul gəmisi onları suya girən zaman görüb.

Bildirilir ki, saxlanılan miqrantlar əksəriyyəti Misir və digər Afrika ölkələrindən, həmçinin Albaniyadan olub. Onların bir çoxuna daha əvvəl Fransanı tərk etmələri barədə xəbərdarlıq edilmişdi.

Milli.Az