Almanların yarısı millinin DÇ-2022-də iştirakını dəstəkləmir

5 İyul 2022 07:35

Almaniyada əhalinin 48 faizi milli komandanın 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatında iştirak etməməli olduğunu hesab edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, sorğu iştirakçılarının 48 faizi bu seçimi Qətərdə Dünya Çempionatına üçün stadionun tikintisində işçinin ölümü faktına əsaslanaraq humanitar vəziyyyətlə əlaqələndirib.

Bildirilir ki, sorğuda iştirak edənlərin yalnız 28 faizi Almaniyanın Dünya Çempionatında iştirakını dəstəkləyib, 24 faizi isə şərh bildirməyib.

Qeyd edək ki, 2022-ci il Dünya Çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Milli.Az