Quşadası sahillərində 49 miqrant xilas edilib

5 İyul 2022 07:25

Yunanıstan sərhədçiləri tərəfindən ölkədən çıxarılan 49 qeyri-qanuni miqrant Türkiyənin cənub-qərbindəki Aydın əyalətinin Quşadası turizm bölgəsi sahillərində xilas edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Sahil Mühafizə İdarəsindən bildiriblər.

Sahil Mühafizəsi komandaları "SOS" siqnalı aldıqdan sonra miqrantlara yardıma gediblər.

Müvafiq prosedurlar aparıldıqdan sonra miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Milli.Az