Moskvada HƏYƏCANLI ANLAR: 80-ə yaxın uşaq təxliyə olundu

4 İyul 2022 23:28

Rusiyanın paytaxtı Moskvanın cənubunda uşaq bağçasından 80-ə yaxın uşaq təxliyə olunub.

Milli.Az xəbər verir ki, bu barədə yerli fövqəladə hallar qurumu bildirib.

Qeyd olunur ki, təxliyəyə səbəb bağçanın girişində quraşdırılna müşahidə kamerasının tüstülənməsi olub.

Məlumata əsasən, uşaqlar binadan təhlükəsiz şəkildə çıxarılıb, insident nəticəsində xəsarət alan olmayıb. (publika.az)

Milli.Az