Urmu gölünün vəziyyəti ilə bağlı həyəcan təbili çalınır - FOTO

4 İyul 2022 23:01

NASA-nın saytı Urmu gölünün son vəziyyətinin görüntülərini yayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, gölün cənub adalarının ətrafı tamamilə quruyaraq bir-birinə birləşib.

Gölün cənub hissəsi yenidən qırmızı rəngə boyanıb.

Urmu gölü ilə eyni coğrafi bölgədə yerləşən Türkiyənin Van və Ermənistanın Göyçə (Sevan) gölləri Urmu gölündən fərqli olaraq tamamilə normal vəziyyətdədirlər.

Mütəxəssislər etiraf edirlər ki, Urmu gölündə quraqlığın 70%-i insan amili və yalnış idarəetmədən qaynaqlanır.

Milli.Az