ABŞ-da Müstəqillik Günü QANA BOYANDI - 6 ÖLÜ, 24 YARALI

4 İyul 2022 22:15

22:15

Milli.Az bildirir ki, ABŞ-da Müstəqillik Günü paradında atışma nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb.

Polis damdan atəş açan yeniyetməni axtarır.

----------

21:45

ABŞ-da Müstəqillik Günü ilə bağlı keçirilən paradda atışma zamanı ölənlər olub.

Milli.Az APA-ya istinadən bildirir ki, İllinoys ştatının "Highland Park" ərazisində baş verən hadisə nəticəsində iki nəfər ölüb.

Hadisədən sonra parad ləğv edilib.

---------

21:35

ABŞ-da Müstəqillik Günü paradı zamanı atışma baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, atışma Çikaqodan təxminən 40 kilometr şimalda yerləşən İllinoys şəhərində olub.

Yerli hakimiyyət paradın ləğv edildiyini bildirib və həmçinin vətəndaşlara şəhərin mərkəzindən uzaq durmağı tövsiyə edib.

Hadisə şahidlərinin sözlərinə görə, ən azı 20-25 atəş səsi eşidilib.

Milli.Az