Ölkədə yanacaq satışında problem olması xəbərlərinə AÇIQLAMA

4 İyul 2022 21:25

Hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur.

Milli.Az bildirir ki, bunu "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.

"Bildiririk ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur. Bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir", - deyə Ü.Həbibbəyli qeyd edib.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkədə müxtəlif növ yanacağın satışında problemlərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Milli.Az