Britaniyadan Belarusa qarşı yeni sanksiyalar

4 İyul 2022 19:59

Böyük Britaniya Belarusa qarşı yeni sanksiyalar elan edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Onlar iyulun 5-dən qüvvəyə minəcək. Sanksiyaların Minskin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləməsinə cavab olaraq tətbiq edildiyi vurğulanır.

Qadağa Belarus və Böyük Britaniya arasında təxminən 60 milyon funt-sterlinq (təxminən 73 milyon ABŞ dolları) məbləğində idxal və ixracı əməliyyatlarını dayandəracaq.

Belarusa neft məhsulları, dəbdəbəli mallar, qabaqcıl texnologiyalar üçün komponentlərin satışına da sanksiyalar tətbiq olunacaq.

Milli.Az