Mərkəzi Bankın İdarə Heyətinin 3 üzvü işdən ayrılıb

4 İyul 2022 18:27

Mərkəzi Bankın İdarə Heyətinin sabiq üzvləri Alim Quliyev və Vadim Xubanov səlahiyyət müddətinin bitməsi, Aftandil Babayev isə təqaüdə çıxması ilə əlaqədar olaraq işdən ayrılıb.

Bu barədə Milli.Az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, Mərkəzi Bankın rəhbərliyi və kollektivi bank sektorunda uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə onlara minnətdarlığını bildirib.

Milli.Az