Məşhur müğənni bu rəqsinə görə həbs olunacaqdı...

5 İyul 2022 06:31

İddialı performansları ilə hər zaman diqqətdə olan dünyaca məşhur müğənni Madonna bu dəfə də açıqlaması ilə gündəm olmağı bacarıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, müğənni səhnədə etdiyi rəqsə görə, polis tərəfindən dəfələrlə xəbərdarlıq alıb. Belə ki, onun rəqsinin cinsi çağırışı təşviq etdiyi iddia olunub.

Qeyd edək ki, müğənni,  bu barədə sosial media hesabında paylaşım edib: ""Blonde Ambition" konserti zamanı "Live A Virgin" mahnısını söyləyərkən polislər məni üç dəfə təhdid edərək tutacaqlarını bildirdilər".

Milli.Az