“Məni uşaq vaxtı çığırdıb oxudurdun” - azəri qızı Günel

4 İyul 2022 19:07

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova qardaşı Tunar Rəhmanın ad gününü təbrik edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Tunarla birgə fotolarını instaqramda paylaşıb.

"Mənim sənəti, səsi, qəlbi gözəl qardaşım. Ad günün mübarək olsun. Yaxşı ki, varımsan. Canın hər zaman sağlam olsun, ailənlə, rahat olasan. Bu sənət yolundakı dəstəyim, müəllimim, yol yoldaşım. Səni sevirəm, Tunum. Biz bu yolları bərabər keçirik. Məni balaca vaxtı çığırdıb, oxudurdun. Gördün ki, yox, mən yenə də oxuyacam. Dəstəyim oldun. Musiqi ilə, sözlərlə, nəğmələrlə neçə illərə", - deyə, Günel bildirib.

Milli.Az